Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi

  • 12:50 - 06 Aprel

Türkiyə və beynəlxalq iş arenasının güclü təmsilçilərindən olan 3 ayrı federasiyaya başqanlıq seçkisi gerçəkləşdirilib.

Avropa.info Türkiyə mətbuatına istinadən bildirir ki, bunlar Beynəlxalq Sərmayə və Əməkdaşlıq Dərnəkləri Federasiyası, Paytaxt İş Adamları Dərnəkləri Federasiyası, Anadulu və Türk Dünyası Əməkdaşlıq Federasiyasdıır.

İş və siyasət dünyasının tanınmış nümayəndələrinin də aralarında olduğu təqribən 3 minə yaxın üzv səsverməyə qatılıb. Federasiyaların başqanlıq seçimində Hakan Aktürk 2986 səsdən 2750-ni qazanaraq qalib olub.

Seçkidən sonra Hakan Aktürk rəhbərlik edəcəyi federasiyaların konfederasiyada birləşərək Türkiyə bayrağının ən yüksək zirvədə dalğlanması üçün bütün səyləri birləşdirəcəklərini bildirib.

Xatırladaq ki, Hakan Aktürk Beynəlxalq Sərmayə və İş Dünyası Konfederasiyası (ULUSKON) rəhbərinin müavinidir. Azərbaycanın 44 günlük Vətən müharibəsinin ilk günlərində Konfederasiya Azərbaycana dəstək mesajı verən açıqlamalar yayıb.

Hakan Aktürün başqanlıq etdiyi federasiyalarda birləşən türkiyəli iş adamları və şirkətlər Qarabağın bərpasında yaxından iştirak etmək niyyətindədir.


Oxunma sayı: 1563

Oxşar yazılar