Rayonlara giriş-çıxışın dayandırılması barədə məlumata DİN-dən AÇIQLAMA

  • 14:13 - 06 Aprel

Azərbaycanın bəzi rayon və şəhərlərinin giriş-çıxışlarında postların qurulması barədə məlumatlar yayılıb. İddiaya görə, postların qurulmasında məqsəd qarşıdakı günlərdə rayonlara giriş-çıxışa qoyulacaq qadağadır.

Avropa.info bildirir ki, BAKU.WS yayılan iddialara rəsmi münasibət öyrənmək məqsədilə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti ilə əlaqə saxlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov rayonların girişində postların qurulması məlumatını təkzib edib: ​"Rayon və şəhərlərin giriş-çıxışında karantin postlarının qurulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".


Oxunma sayı: 2135

Oxşar yazılar