Daha bir restoran sahibi toya görə cərimələndi - FOTO

  • 13:29 - 06 Aprel

İmişli rayon Polis Şöbəsinin əməkdaşları Göbəktala kənd sakini Rövşən Məmmədovun yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına nişan məclisi keçirdiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, R. Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.

Göygöl rayon Polis Şöbəsinə isə rayon ərazisində yerləşən “Helendorf” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

  • Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozanlarla profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 29 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb.

Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.

 

Helenedorf restoranı

Oxunma sayı: 2278

Oxşar yazılar