Azərbaycanda koronavirusa yoluxan və ölən jurnalistlərin SAYI AÇIQLANDI

  • 11:08 - 06 Aprel

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 205 nəfər jurnalist COVİD-19-a yoluxub, 10 nəfər həmkarımız isə həyatını itirib.

Bu barədə Avropa.info-ya JuHİ sədri Müşfiq Ələsgərli məlumat verib.

Onun sözlərinə görə, yoluxanlardan 57 nəfəri son dalğanın dövrünə düşür, fevral -aprel ayları aralığını əhatə edir.

“Bu da media işçiləri arasında yoluxmanın ötən dövlərlə müqayisədə intensivliyini göndərir.

Qeyd edək ki, siyahı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər”.

M.Ələsgərli deyib ki, məsələnin aktuallığını nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bununla bağlı kriteriyalar həftə ərzində açıqlanacaq.


Oxunma sayı: 4027

Oxşar yazılar