Dünyada yeni pandemiya xəbərdarlığı

  • 10:51 - 06 Aprel

Türkiyəli uzman onkoloq Halis Yerlikaya dünyanı onkoloji pandemiyanın bürüyəcəyini açıqlayıb.

“Haber Global” məlumat verir ki, o, buna səbəb kimi koronavirusun yayılmasını göstərib.

Mütəxəssisin sözlərinə görə, pandemiya səbəbi ilə digər xəstəliklərin müalicəsi üçün xəstəxanaya müraciət edənlərin sayı azalıb:

“Xəstəxanalar tamamilə koronaviruslu xəstələrlə dolduğu üçün insanlar virusun yaratdığı qorxu səbəbi ilə tibb müəssisələrinə getmədilər.

Diaqnoz qoyulmayan çox sayda xəstəmiz var. Bütün bunların nəticəsi olaraq, yaxın illərdə bir xəstə qrupunun yığılacağını düşünürük. Bu səbəbdən bizi xərçəng pandemiyası gözləyir”.

Yerlikaya vurğulayıb ki, qarşıdan gələn illərdə xərçəng ən çox rast gəlinən xəstəliklərdən biri olacaq və ölümə səbəb olan xəstəliklərin başında gələcək.

Həkim eyni zamanda qeyd edib ki, xərçəng qarşısı alına bilinən və müalicəsi mümkün xəstəlikdir.


Oxunma sayı: 1068

Oxşar yazılar