Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Türkiyəyə səfər edəcəklər

  • 10:00 - 06 Aprel

Avropa Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfərə gələcəklər.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin yaydığı məlumatda ​​deyilir.

Məlumata görə, danışıqlar zamanı Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlərin hərtərəfli müzakirəsi planlaşdırılır.

Tərəflər Ankara ilə Brüssel arasında Türkiyənin AB-yə daxil olmasının perspektivi çərçivəsində işbirliyini inkişaf etdirmək üçün atıla biləcək addımları nəzərdən keçirəcəklər.

Bundan başqa, regional gündəlikdəki aktual məsələlər və beynəlxalq tədbirlər barədə fikir mübadiləsinin aparılması da planlaşdırılır.


Oxunma sayı: 848

Oxşar yazılar