TƏCİLİ: PKK terrorçuları Avropa Şurasının binasına basqın etdi - Fransa polisi bəslədiyi PKK-lıları gözyaşardıcı qazla binadan çıxara bildi

  • 00:36 - 06 Aprel

Terror təşkilatı PKK-nın Avropadakı tərəfdarları Fransada Avropa Şurası binasına basqın edib.

Avropa.info xəbər verir ki, hadisə yerinə gələn Fransa polisi binaya daxil olan terror təşkilatı tərəfdarlarına müdaxilə edib.

Avropa Şurasının Kommunikasiya Direktoru Daniel Höltgen etdiyi açıqlamada, terrorçubaşı Abdullah Öcalanın sərbəst buraxılması üçün bir nümayiş təşkil edən PKK-lıların Strasburqdakı Avropa Şurası binasına girdiyini bildirib.

"PKK üzvlərinin Avropa Şurası mülkünə şiddətli və izinsiz girişinə qısa müddətdə son verdiyi üçün polisə təşəkkür edirəm", deyə Daniel Höltgen qeyd edib. 

Fransız mətbuatında yer alan xəbərlərdə polisin gözyaşardıcı qazla PKK üzvlərinə müdaxilə etdiyi bildirilib.

Strasburq Prokurorluğunun paylaşdığı məlumata görə isə  hadisə ilə əlaqəli 2 nəfər saxlanılıb.

Qeyd edək ki, terror təşkilatı PKK-nın tərəfdarları 2019-cu ilin fevralında da Avropa Şurası binasına və polisə hücum etmişdi. Hadisə zamanı 43 PKK üzvü nəzarətə alınmışdı. Bütün bunlara baxmayaraq başda Fransa olmaqla bir çox Avropa ölkələri PKK terrorçularına öz ölkələrində sığınacaq verir. Türkiyənin israrlı tələblərini baxmayaraq Fransa bir çox PKK terrorçularını Ankaraya təhvil vermir. 

AVROPA.İNFO


Oxunma sayı: 6645

Oxşar yazılar