Myanmada baş verən qarşıdurmalarda ölənlərin sayı 570-ə çatıb

  • 22:41 - 05 Aprel

Myanmada nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında fevralın 1-dən bəri baş verən qarşıdurmalarda ölənlərin sayı 570-ə çatıb.

Bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Cəmiyyətinin saytında məlumat yer alıb

“5 aprel tarixinə olan məlumata əsasən, hərbi çevriliş nəticəsində 570 nəfər öldürülüb”, - məlumatda belə deyilir.

Bildirilir ki, 2728 nəfər hazırda nəzarət altındadır, onlardan 38-i həbs cəzasına məhkum edilib. Daha 443 nümayişçinin həbsi ilə bağlı qərar verilib.(APA) 


Oxunma sayı: 826

Oxşar yazılar