Qubada dağlıq ərazidə yanğın olub

  • 20:41 - 05 Aprel

Quba rayonunun Təngəaltı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 5 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

Avropa.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb olunub.


Oxunma sayı: 1937

Oxşar yazılar