Bu ölkənin parlamenti koronavirusa görə işini dayandırdı

  • 17:32 - 05 Aprel

Venesuela parlamenti koronavirus pandemiyası ilə əlaqədar bir həftə müddətinə işini dayandırıb.

Avropa.info bildirir ki, bu barədə parlamentin sədri Xorxe Rodriges bildirib.

Qeyd olunur ki, aprelin 5-dən etibarən parlamentin plenar, eləcə də komissiya iclasları keçirilməyəcək. Parlament bu həftə yalnız zərurət yaranacağı təqdirdə toplana bilər.

Bir müddət əvvəl Venesuela prezidenti Nikolas Maduro aprelin 5-dən başlayaraq sərt karantin tədbirlərini daha bir həftə müddətinə uzatdığını elan etmişdi.

Ölkədə bu günədək 166 mindən çox şəxs koronavirusa yoluxub, 1 644 nəfər vəfat edib.


Oxunma sayı: 1123

Oxşar yazılar