FTX Rusiyadan Qarabağa "İsgəndər-M"in qanunsuz tədarükü ilə bağlı araşdırmalara başlayıb

  • 01:41 - 05 Aprel

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamenti Ermənistanda nəzərdə tutulmamış "İsgəndər-M" raketlərinin olması və onların Dağlıq Qarabağda tətbiqilə bağlı araşdırmalara başlayıb.

Bu barədə haqqın.az bildirib.

Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin Suvorov Qırmızı Bayraq ordenli anbarlarından "İskəndər-M"lərin qeyri-leqal alınması, onların Ermənistana qeyri-leqal yolla gətirilməsi və bu əməliyyatın Livan və Rusiya bankları vasitəsilə ödənilməsi Rusiya hərbi və xüsusi xidmət orqanları tərəfindən olduqca sərt cavablar tələb edən vəziyyətdir.

Ötən ilin oktyabrında Rusiya Müdafiə Nazirliyində hərbi idarənin məmurlarının Ermənistana qanunsuz silah tədarükündə iştirakı faktı ilə bağlı xidməti araşdırmaya başlanılıb. Erməni tərəfinə qaçaqmalçılıq yolu ilə durmadan silah tədarükü barədə İlham Əliyevin bəyanatından sonra baş vermiş bu hadisə sarsıdıcı nəticələrə səbəb olub.

Ərazinin raket-artilleriya silahları anbarlarında şübhəli qaimələr, hərbi-nəqliyyat aviasiyası bortlarının Ermənistan tərəfə tamamilə anlaşılmaz reysləri və nəhayət, Rusiyada yaşayan iş adamı Karen Karapetyanın qalıq dəyərinə İl-76 alması Rusiya xüsusi şöbənin işçilərini belə şoka salıb.
Qarabağa Rusiya muzdlularının və silahlarının çıxarılması, bəzi məmurların bank hesablarında hərəkətləri barədə Federal Təhlükəsizlik Xidmətinin ərazi idarələrindən sızan məlumatlar axını bir informasiya axınında birləşib, pazl çətinləşib.

"Cənub Hərbi Dairədə Rusiyanın erməni diasporunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü dövlətlərindən ilə hərbi-texniki əməkdaşlıq sistemindən yan keçməklə Ermənistana qeyri-leqal silah tədarükü şəbəkəsi formalaşdırılıb”, - Rusiya Müdafiə Nazirliyinə yaxın məlumatlı mənbələr müxbirimizə məlumat verib. Erməni diasporunun və ermənipərəst lobbiçilərin fəaliyyəti ictimai-siyasi fəaliyyətin başa çatdığı və Rusiya Federasiyası Cinayət Məcəlləsinin dövlət xəyanəti haqqında xüsusi bölməsinin başladığı qırmızı xətti keçib.

Tank əleyhinə raket kompleksləri, daşınan zenit raket kompleksi sistemləri, onların ehtiyatları, hətta minimum üç "İsgəndər", hələ minalardan, patronlardan və atıcı silahlardan danışmırıq, Rusiya hərbi dairələrinin anbarlarından nisbətən böyük həcmdə daşınıb.
Saxta şəxslərin hesabına isə Krasnoyarsk və Krasnodar krayları, Tula və Orlov vilayətləri, Moskva və Sankt-Peterburq, hətta Xabarovsk diyarından erməni əsilli iş adamlarından köçürmələr olub. Siyahı təəssürat doğurur - ticarət mərkəzləri, supermarketlər, tikinti kontorları, hər kəs bu sxemlərə cəlb olunub.

Bu bir paradoksdur, ancaq bütün bunlar Yerevana işğal olunmuş əraziləri havayı yerə müdafiə etməkdə kömək etdi. Və əsas səbəb acgözlükdür.

Rusiya hərbi-sənaye kompleksindəki vəziyyətlə tanış olan mənbələr bu sətirlərin müəllifinə məxfi bir söhbətdə "məsələ belədir" dedilər: "Onlar çox alıblar, ancaq tamamilə anlamayıblar ki, istənilən silah, “Cornet", "İqla” və ya “İsgəndər" olsun, özündə mürəkkəb rəhbərlik, idarəetmə sistemləri və s. birləşdirən kompleks istifadə üçün yüksək səriştə tələb edir. Məsələnin mürəkkəb tərəfinə qənaət ediblər ki, düşünüblər ki, “düyməni bas, vəssalam”.

Haqqin.az-ın Moskvadakı mənbələrinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti rəhbərliyi Ermənistana "İsgəndər-M" operativ-taktiki raket kompleksinin qanunsuz göndərilməsi barədə ölkə rəhbərliyinə məruzə təqdim ediblər.


Oxunma sayı: 6326

Oxşar yazılar