Gələn həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq - Emin Əmrullayev

  • 18:33 - 03 Aprel

"Tam ənənəvi qaydaya nə vaxt qayıda biləcəyimizə gəldikdə, inanırıq ki, sentyabrdan, yəni növbəti tədris ilindən bu mümkün olacaq".

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

Onun sözlərinə görə, bu isə insanların vaksinasiyadan keçməsindən asılıdır: "İkinci vaksinasiyadan sonra yoluxmadan reanimasiyaya düşmək və ölüm halı olmayıb. 800-900 min adam vaksin olub, heç nə olmayıb. Növbəti həftədən bütün təhsil işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunacaq".


Oxunma sayı: 2542

Oxşar yazılar