9 noyabrda Bakıya raket atmağı kim və ya kimlər əmr edib... - Elxan Şahinoğlu Ermənistanın Azərbaycana atdığı "İsgəndər" raketləri haqda

  • 15:53 - 03 Aprel

"Ermənistanın müharibə getdiyi günlərdə Azərbaycan ərazisinə “İsgəndər” raketi atmasına şübhə etməmişəm və bunu “Dəmir yumruq” kitabımda da yazmışam. Onu da yazmışam ki, 9 noyabrda Bakıya atılan raketin mənşəyi də tətqiq olunmalıdır."

Bu sözləri Avropa.info-ya açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

"Bu məsələnin özü də sirr qaldı ki, 9 noyabrda tərəflər bəyanat imzalamağa hazırlaşarkən Bakıya raket atmağı kim və ya kimlər əmr edib?

“İsgəndər” raketlərinə gəldikdə isə Emənistan müharibə zamanı arsenalındakı bütün silahlarından istifadə etməyə çalışıb. Ermənistanla Rusiya arasındakı mübahisə isə bizim üçün mənasızdır, Nikol Paşinyan dedi ki, Azərbaycana atdıqları “İsgəndər” raketlərin çoxu partlamayıb, rus generalları isə əksini bildirdilər. Əsas odur ki, hər ikisi etiraf edir ki, Azərbaycan ərazisinə “İsgəndər” raketləri atılıb, indi isə bəlli olur ki, partlayıb", deyə politoloq qeyd edib.

Avropa.info


Oxunma sayı: 8108

Oxşar yazılar