Kapitolidə polislərə avtomobillə xəsarət yetirilib, əraziyə giriş-çıxış bağlanılıb

  • 22:34 - 02 Aprel

ABŞ-da naməlum şəxs avtomobilini Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb.

Bu barədə polis məlumat yayıb.

Məlumata görə, hadisə zamanı iki zabit və hadisəni törədən sürücü xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Yerli televiziya isə bir nəfərin güllələndiyini bildirib.

"Şübhəli şəxs həbs edilib. İki zabit xəsarət alıb. Hər üç şəxs xəstəxanaya çatdırılıb", - deyə Kapitoli polisi özünün tvitterdəki səhifəsində bildirib.

“Reuters” agentliyi isə mənbəyə istinadən qeyd edib ki, Kapitolinin giriş-çıxışı təhlükəsizlik tədbirləri səbəbindən bağlanıb.(report) 


Oxunma sayı: 3444

Oxşar yazılar