Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı artıb

  • 23:13 - 02 Aprel

2021-ci ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 faiz artaraq 647,319 milyon dollara bərabər olub.

Bu barədə  Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Mart ayında Türkiyə 248 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin martı ilə müqayisədə 47,6 faiz çoxdur.

Son 12 ay ərzində (mart 2020 – mart 2021) Türkiyə 2,444 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.(trend) 


Oxunma sayı: 3554

Oxşar yazılar