TƏCİLİ : ABŞ Konqresinin binasının bağlanma səbəbi bəlli oldu - YARALILAR VAR (YENİLƏNİB, FOTO)

  • 21:40 - 02 Aprel

ABŞ Konqresinin bağlanılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin sıəbəbləri bəlli olub.

Avropa.info xəbər verir ki, Konqres polisinin yaydığı açıqlamada Independence küçəsində sürətlə irəliləyən bir avtomobilin yol kənarındakı baryerləri və 2 polisi vurduğu bildirilib.

Yaralı polislər və hadisəni törədən polis xəstəxanaya aparılıb. Konqres binasının təhlükəsizlik səbəbindən bağlandığı qeyd olunub.

***

Bu dəqiqələrdə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən Konqres binası təhlükəsizlik səbəbi ilə bağlanılıb.

Avropa.info xarici KİV-lərə istinadən xəbər verir ki, Konqresə daxil olmağa və binada olan şəxslərin binadan çıxışına  icazə verilmir. 

Binanın ətrafı təhlükəsizlik əməkdaşları ilə əhatə olunub, havada helikopterlər var. 

Konqres binasının yaxınlığında atəş səsləri eşidilir. 


Oxunma sayı: 9703

Oxşar yazılar