“Barselona”nın əfsanəvi oyunçusu altıncı dəfə ən yaxşı məşqçi seçildi

  • 19:46 - 02 Aprel

41 yaşlı ispaniyalı futbolçu Xavi Qətər çempionatında mart ayının ən yaxşı məşqçisi seçilib.

Bu barədə Xavinin baş məşqçisi olduğu “Əl-Sadd” klubunun “Twitter” hesabında paylaşım edilib.

Xavi mövsüm ərzində sözügedən ada yalnız dekabr ayında layiq ola bilməyib. Belə ki, ispaniyalı həmçinin sentyabr, oktyabr, noyabr, yanvar və fevralda da çempionatın ən yaxşı baş məşqçisi olub.


Oxunma sayı: 2201

Oxşar yazılar