NATO səfirləri Ukrayna-Rusiya sərhədindəki vəziyyəti müzakirə etdilər - TƏCİLİ TOPLANTI

  • 16:40 - 02 Aprel

NATO-ya üzv ölkələrin Ukraynadakı səfirləri Ukrayna-Rusiya sərhədində yaranan gərginliyi müzakirə etmək üçün təcili olaraq toplanıblar.

Bu barədə “Reuters”ə Alyansın məmurlarından biri məlumat verib.

NATO-nun təmsilçisi bildirib ki, Rusiya Ukraynanın şərqindəki sülh səylərini alt-üst edir: “Rusiyanın sabitliyi pozan hərəkətləri gərginliyin azalması səylərinə xələl gətirir”.

 

Vurğulanıb ki, müttəfiqlər Rusiyanın Ukrayna və ətrafındakı son genişmiqyaslı hərbi fəaliyyətlə bağlı narahatlıqlarını bölüşüblər: “Üzv ölkələr də Rusiyanın 2020-ci ilin iyulunda əldə edilən razılıq əsasında tətbiq olunan atəşkəs rejiminin ötən həftə Ukraynanın 4 hərbi qulluqçusunun ölümü ilə pozulmasından narahatdırlar”.

Xatırladaq ki, Rusiya Ukrayna ilə sərhədə 58 taktiki batalyon cəlb edib.


Oxunma sayı: 5204

Oxşar yazılar