Dünyanı sarsıdan xəbər gəldi... - YENİ XƏSTƏLİK AŞKARLANDI -Artıq 40-dan çox insan...

  • 15:10 - 02 Aprel

Dünya koronavirus epidemiyası ilə mübarizə apararkən Kanadadan həyəcan verici xəbərlər gəlir.

Avropa.info xəbər verir ki, Kanadanın New Brunswick əyalətində 40-dan çox insanda bir beyin xəstəliyi aşkar edilib.

New Brunswick əyalətinin rəsmiləri yeni beyin xəstəliyi ilə əlaqədar bir mətbuat konfransı keçirib. Mənşəyi bilinməyən bu xəstəliyin 45 nəfərdə aşkarlandığı, bunlardan 35-nin təsdiqlənmiş, 8-nin isə şübhəli olduğu açıqlanıb.

Yeni xəstəkilə bağlı danışan Dr. Cennifer Russell, "Bəlkə də yeni bir xəstəlikdir. Səbəbini təyin etmək üçün çalışırıq, amma qarşıda görüləcək çox işimiz var", deyib.

Məlumatlara görə, yeni xəstəlik müxtəlif yaş qruplarına təsir edir, xəstələr içərisində hətta gənclər də var. Xəstəlik yalnız New Brunswick əyalətinin  şimal-şərqindəki Acadian yarımadasında və Moncton bölgəsinin cənub-şərqində aşkarlanıb. Kanadanın digər yerlərində və başqa ölkələrdə bu xəstəliyə rast gəlinməyib.   

Xəstəliyə yaxalanan insanlarda davranış dəyişiklikləri, yuxu pozğunluqları, səbəbi açıqlanmayan ağrılar, koordinasiya problemləri və şiddətli əzələ ağrıları kimi nevroloji simptomlar aşkarlanıb.

Dr. Cennifer Russell, simptomların ölümcül beyin xəstəliyi olan Creutzfeldt-Jakob (CJD) ilə oxşar olduğunu bildirib.

Avropa.info


Oxunma sayı: 7580

Oxşar yazılar