"Qalatasaray"ın əfsanəsi AGENT ÇIXDI - Bilgiləri bu ölkənin kəşfiyyatına sızdırıb - SENSASİON ETİRAF

  • 01:48 - 02 Aprel

1997-2001 illəri arasında "Qalatasaray" formasıyla UEFA Kuboku başda olmaqla bir çox uğura imza atan rumıniyalı futbolçu George Popesku haqqında çıxan və daha öncə qəbul etmədiyi "cəsus" iddialarını təsdiqləyib.

Avropa.info xəbər verir ki, Popesku Rumıniyada kommunist rejimi dövründə ölkə kəşfiyyatı ilə əməkdaşlıq etdiyini etiraf edib.
 
Popesku "Universitatea Craiova" komandasında forma geydiyi dövrdə komanda yoldaşları və digər rəsmi şəxslər haqqında 4 dəfə ölkə kəşfiyyatına hesabat verdiyini bildirib. Rumıniyalı milli futbolçu yazdığı hesabat notlarında komanda yoldaşları haqqında təriflə bəhs etdiyini deyib.

Eski futbolcu Popescu ile ilgili casusluk skandalı! - Galatasaray - Spor  Haberleri

George Popesku
 
41 yaşlı keçmiş futbolçu 1985-ci ildə Nikolay Çauşesku dövründə "Milli maraqları qorumaq" sənədinə imza atdığını etiraf edib. Popescu, bu işləri kommunist rejimin hakimiyyətdə olduğu dövrdə etdiyini vurğulayıb.
 
Qeyd edək ki, Rumıniya milli komandasının formasını 115 matçda geyinən Popesku 16 qol vurub.

Avropa.info


Oxunma sayı: 6964

Oxşar yazılar