Mart soyqırımı: ermənilər 700 min soydaşımızı genosidə məruz qoyub! – VİDEO

  • 23:31 - 01 Aprel

Güney Azərbaycan türklərinin səsi olan GünAzTv mart 1918-ci ildə azərbaycanlıların məruz qaldığı soyqırımı ilə bağlı faktlara əsaslanan material hazırlayıb.

Video formatda təqdim olunan həmin material arxiv məlumatlarına və mötəbər qaynaqlara əsaslanıb.

Orada göstərilir ki, 1918-ci ildə vəhşi ermən millətçiləri - daşnaklar tərəfindən Qüzeyli - güneyli Azərbaycanda və Güney Qafqazda üst -üstə 700 min civarında soydaşımız soyqırıma məruz qalıb. Onların içərisində Azərbaycan türkləri ilə yanaşı, ləzgilər, talışlar, yəhudilər də erməni vəhşətinin qurbanı olublar.

Avropa.info sözügedən materialı təqdim etməklə yanaşı, həm də tarixçi alimlərimizi bu faktlara və qorxunc 700 min qətliam rəqəminə diqqət yetirməyə, bunlara dair fikirlərini yazılı ifadə etməyə səsləyir.


Oxunma sayı: 4093

Oxşar yazılar