Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb
- 22:56 - 01 Aprel
Aprelin 1-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Dünya Bankının regional direktoru Sebastian Molineus ilə görüşüb.
Nazirlər Kabinetindən Avropa.info-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.