Şabranda hasar uşaqların üzərinə aşdı, ölən və yaralananlar var

  • 21:03 - 01 Aprel

Şabran rayonunda yaşayış olmayan evin hasarı məhəllədə oyun oynayan uşaqların üzərinə aşıb,

Hadisə Şabran şəhəri, M.Əsədov küçəsində qeydə alınıb.

Nəticədə 2011-ci il təvəllüdlü Fəqan Ruslan oğlu Məmmədov hadisə yerində ölüb, 2011-ci il təvəllüdlü Pənah Zaur oğlu Məmmədov və 2007-ci il təvəllüdlü İlkin Mahir oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan uşaqlara Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.(report) 


Oxunma sayı: 1486

Oxşar yazılar