Hazırlıq kursları fəaliyyətini davam etdirəcəkmi?

  • 17:16 - 01 Aprel

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda hazırlıq kursları fəaliyyətini davam etdirəcək.

Avropa.info “report”a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də həmin ərazilərdə yalnız ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili, yəni məktəblərin bağlanması məsələsi yer alıb.

Beləliklə, bağlanan təhsil ocaqları sırasına hazırlıq kursları daxil deyil.

Nazirliyin məlumatında o da qeyd olunub ki, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək


Oxunma sayı: 2916

Oxşar yazılar