Daha bir telejurnalist CBC TV-dən çıxdı – ATV-də vəzifə verildi

  • 15:46 - 01 Aprel

“Düz 5 il 5 ay işlədiyim CBC TV-dən bir neçə gün əvvəl ayrıldım. Çox sivil, mehriban, anlayışlı, dostcasına sevimli iş yerimlə sağollaşdım”.

Avropa.info xəbər verir ki, bunu telejurnalist Səadət Məmmədova bildirib.

“Mən bu kanalda 2015-ci il oktyabrın 15-də Azərbaycan Redaksiyasının rəhbəri kimi işə başlamışdım. Redaksiyamızın işinin uğurlu olmasında, xəbərlərimizin və verilişlərimizin peşəkar hazırlanmasında və bəyənilməsində, ictimai etimad qazanmasında əziyyəti olan Azərbaycan xidmətində çalışmış bütün əməkdaşlara təşəkkür edirəm. Eyni zamanda, bizimlə əməkdaşlıq edən, etimad göstərən bütün dövlət qurumlarına və digər təşkilatlara minnətdarlığımı bildirirəm”.

S.Məmmədova bundan sonra ATV-də fəaliyyət göstərəcək. O, ATV prezidentinin informasiya yayımı üzrə müşaviri təyin edilib.


Oxunma sayı: 1948

Oxşar yazılar