Ersin Tatar ingilis siyasətçini ölkəsinə dəvət etdi

  • 20:47 - 30 Mart

"İsrarla üzərində durduğumuz suveren bərabərlik tezisimiz dünyada əks-səda verməkdə davam edir".

Avropa.info xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ""Milliyyət" qəzetinə açıqlamasında deyib.

Prezident yunanların yunanların heç bir zaman gizləməkdən çəkinmədikləri Kipr Cümhuriyyəti ilə Avropa Birliyi içərisində dolayısı ilə Enosis gerçəkləşdirmə hədəflərinin müzakirə mövzusu olduğunu qeyd edib.

"Kipr məsələsini çox yaxından izləyən, təfərrüatları, ruhunu bilən, qarşı tərəfin ağlını oxuyan, oyunlarını və əzbərlərini pozan bir insan kimi bunları aydın görürəm",-deyə Tatar bildirib.

Prezident iki qurucu ortağın altında imzaları olan 1960-cı ildəki tərəfdaşlıq razılaşmasının 3 ildən az davam etdiyini söyləyən Tatar, 1960-cı il razılaşmasının dərhal arxasından "hələ mürəkkəbi qurumamış" Makariosun, “biz bunu inanaraq imzalamadıq, biz bunu bir baxımdan ingilislərin buradan getməsini təmin edə bilmək, ingilislər buradan çıxdıqdan, idarəçiliyi təhvil verdikdən sonra Kipri Yunanıstana necə birləşdirərik deyə, etdik" şəklində açıqlamaların olduğunu qeyd edib:

"İndi baxdığımızda yenə hələ böyük Yunanıstan xəyalı ilə çalışırlar. Kipr Türk xalqının buna müqavimət gösməsi, dik durması lazımdır, biz onu edirik".

İngilis siyasətçi və keçmiş nazir Jack Strav kimi görkəmli şəxsiyyətlərin iki dövlətli həll yolu ilə açıq dəstəyinin əhəmiyyətinə işarə edən Tatar, "Bu, mahiyyət etibarı ilə bir müvəffəqiyyət əldə etdiyimizin sübutudur", deyib.

Prezident Tatar Jack Strava təşəkkür etmək və onu Şimali Kipr Türk Cümhuriyyətinə dəvət etmək istədiyini bildirib: 

"Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar olaraq Kipr Türk xalqının haqlı işi ilə bağlı cəsarətli açıqlamalarına görə Jask Strava minnətdaram və ona təşəkkür edirəm".


Oxunma sayı: 3433

Oxşar yazılar