SENSASİON İDDİA : Putin Ərdoğana görə o ölkəyə səfərdən və qızıl medaldan İMTİNA ETDİ

  • 17:28 - 30 Mart

Rus muxalif yazar Stanislav Belkovski, Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana görə 25 martda keçirilən Yunanıstanın müstəqillik günü tədbirlərinə qatılmadığını iddia edib. 

Avropa.info xəbər verir ki, rus jurnalist  Putinin Afina səfərini rədd etməsinin pandemiya ilə heç bir əlaqəsi olmadığını bildirib. 

"Yunanıstanda Putinə Afinanın qızıl medalı veriləcəkdi. Lakin, Ərdoğan Putinin ən önəmli dostlarındandır. Putin Yunanıstanın müstəqillik günü tədbirlərinə qatılmaqla Ərdoğanı incitmək istəmədi", deyə  Belkovski qeyd edib.

Yunanıstan Osmanlı dövlətindən ayrılıb müstəqilliyini elan etməsinin 200 illiyi tədbirlərinə Putini də dəvət etmişdi. Lakin, Kreml sözçüsü Peskov Putinin Afinaya səfər etmə niyyəti olmadığını açıqlamışdı.

Avropa.info


Oxunma sayı: 18954

Oxşar yazılar