Ermənistanın “atası azərbaycanlı olan” naziri tezliklə istefa verəcək?

  • 15:14 - 30 Mart

İkinci Qarabağ müharibəsindən və Zohrab Mnatsakanyanın istefasından sonra 18 noyabr 2020-ci ildə Ermənistan Respublikasının Xarici İşlər naziri təyin olunmuş Ara Ayvazyan tezliklə istefaya gedəcək.

Avropa.info moderator.az-a istinadən xəbər verir ki, bu barədə işğalçı ölkənin "168.am" nəşri etibarlı mənbələrinə istinadla yazır.

Məlumata görə. A.Ayvazyanı  Xarici İşlər nazirinin müavini Artak Apitonyan əvəz edəcək.

Xəbərdə deyilir ki, Ara Ayvazyanla Ermənistan hakimiyyəti arasında ciddi siyasi fikir ayrılıqları var. Nikol Paşinyan da daxil olmaqla müxtəlif dövlət rəsmiləri tez-tez Ermənistan Xarici İşlər naziri ilə razılaşdırılmayan və ya sonradan diplomatik korpus üçün problemə çevrilən ölkənin rəsmi xarici siyasətinə zidd açıqlamalar verirlər.

Belə fikir ayrılıqları, xüsusilə,  2020-ci ilin dekabrında Moskvaya etdiyi səfərdə Ara Ayvazyanın Türkiyənin "dağıdıcı regional siyasəti" və xüsusən də Qarabağ müharibəsindəki rolu haqqında kifayət qədər sərt açıqlamalar verməsi ilə başlanıb. O zaman nazirin bu çıxışının Paşinyanı hiddətləndirməsi və onunla Ayvazyan arasında mübahisələrə səbəb olması haqda məlumatlar yayıldı.

Eyni zamanda  A.Ayvazyan bu günlərdə  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Türkiyə ilə münasibətlərdə düzəlişlər edilməsi barədəki açıqlamasına da  parlamentdəki son çıxışında sətiraltı etiraz edib.

Xatırladaq ki, Ermənistanın baş diplomatının ötən ilin noyabrında təyinatı haqdakı xəbərdən az sonra onun atasının guya azərbaycanlı olması haqda informasiyalar yayıldı.
Azərbaycan mediasının araşdırması əsasında verilmiş məlumatda belə deyilirdi:

"Ara Ayvazyan həqiqətən də Azərbaycanın Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub.Ermənistanın yeni xarici işlər nazirinin atası isə Qüdrət Eyvaz oğlu Xancanovdur. Ara Qudratoviç Ayvazyan haqqında müvafiq məlumatlar bu gün Vikipediyanın rusdilli şöbəsindən tələsik şəkildə çıxarılıb. İnternetdə yalnız kiçik keş məlumatlar qalıb (skrin əlavə edilir).

Hazırda Vikipediyada Ayvazyanın yalnız erməni dilində olan səhifəsini tapmaq olar. Orada isə Azərbaycanla bağlı heç bir məlumat yoxdur".


Oxunma sayı: 3829

Oxşar yazılar