Ərdoğan Mərkəzi Bankın sədrindən sonra onu da işdən çıxardı

  • 12:21 - 30 Mart

Türkiyə Mərkəzi Bankının sədr müavini Murad Çətinkaya işdən çıxarılıb.

Avropa.info xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən M.Çətinkayanın yerinə Mustafa Duman təyinat alıb.

Qeyd edək ki, martın 20-də Türkiyə Mərkəzi Bankının sədri (TCMB) Naci Ağbal vəzifəsindən azad edilib. Onun yerinə isə keçmiş millət vəkili Şahap Kavcıoğlu təyin olunub.  


Oxunma sayı: 2872

Oxşar yazılar