Rusiyada yaşayış binasında partlayış oldu – Ölən var

  • 10:46 - 30 Mart

Rusiya Federasiyasının Zelenodolsk şəhərində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Avropa.info bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, onun cəsədi yerli vaxtla saat 23:27-də aşkar edilib.

Fövqəladə Hallar Nazirliyi evin qazlaşdırıldığını və elektrikləşdirildiyini qeyd edib.

Qeyd edək ki, martına 29-da Tatarstan Respublikasının Zelenodolsk şəhərində doqquzmərtəbəli binada qaz partlayışı olub. Yeddinci və səkkizinci mərtəbələr arasındakı tavanlar uçub. Dağıntılardan bir nəfər xilas olunub. Dörd yaralanan şəxsə tibbi yardım göstərilir.


Oxunma sayı: 2278

Oxşar yazılar