Fatih Terim və köməkçisi cəzalandırıldı

  • 23:04 - 25 Mart

Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb.

Bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. Hər iki mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub və 13 000 türk lirəsi (2 775 manat) məbləğində cərimələnib.

Onlar Superliqada XXXI turun "Rizespor"a 3:4 hesablı ev məğlubiyyəti ilə bitən oyunundan sonra hədə-qorxu gəlməkdə ittiham olunublar. Terim və Davala "Hatayspor" və "Fatih Karagümrük"lə növbəti oyunlarda paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.(report)


Oxunma sayı: 1959

Oxşar yazılar