Türkiyə və Özbəkistan hərbçiləri birgə təlimlər keçirir - Hərbi əməkdaşlıq haqqında ikitərəfli razılaşma

  • 23:49 - 23 Mart

Özbəkistanın Surxandərya vilayətində yerləşən “Termez” poliqonunda Özbəkistan-Türkiyə planlı xüsusi taktiki təlimləri başlayıb.

Bu barədə Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Təlimlər hərbi əməkdaşlıq haqqında ikitərəfli razılaşmaya əsasən keçirilir. Hərbçilər 15 kilometrlik xüsusi taktiki sahədə döyüş elementləri, çətin şəraitdə sağ qalmaq bacarığı, nümunəvi güllə atıcılığı üzrə təcrübə mübadiləsi aparırlar. Bundan başqa, özbək və türk hərbçiləri arasında hərbi-məşq təlimləri və idman yarışları keçirilir.

 Xüsusi taktiki təlimlər martın 27-dək davam edəcək.


Oxunma sayı: 4907

Oxşar yazılar