ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutuldu - YARALILAR VAR

  • 22:40 - 23 Mart

ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb. Bu barədə “Al-Mayadeen” telekanalı xəbər verib. Məlumata görə, atəş nəticəsində ABŞ-ın bir neçə hərbi qulluqçusu xəsarət alıb.

"Deyr-ez-Zorun şimalındakı Amerika bazasına naməlum istiqamətdən raketlər atılıb. Atəş Amerikanın bir neçə hərbçisinin xəsarət almasına səbəb olub", - telekanalın xəbərində deyilir.

Pentaqon hələlik bu məlumatı şərh etməyib.


Oxunma sayı: 4082

Oxşar yazılar