"Kiprli Türklər öz dövlətlərində azad və müstəqil yaşayırsa, bunu əziz şəhidlərə borcludurlar" – Ersin Tatar

  • 16:26 - 23 Mart

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Kipr Türk mücadilə və müqavimət tarixinin ən əhəmiyyətli mərhələlərindən biri olan Gaziveren və Çamlıköy Müqavimətinin 57-ci ildönümü münasibətilə mesaj yayımlayıb.

Avropa.info xəbər verir ki, Ersin Tatar mesajında bu müqaviməti və bu mücadilə zamanı canından keçən əziz şəhidləri unutmağın mümkün olmadığını bildirib.

"Kipr Cümhuriyyətinin silah gücü ilə işğal edən yunan tərəfini "Kiprin tək qanuni hökuməti olaraq qəbul edən" BMT Təhlükəsizlik Şurasının 4 mart 1964-cü il tarixli siyasi və haqsız qərarından cəsarət və güc alan yunan idarəçiliyi Türk müqavimətini və xalqımızı yox etmək üçün böyük bir hücum başladırkən, bu hücumların hədəfində Gaziveren və Çamlıköy də vardı. Bu hücumlara qarşı böyük bir müqavimət göstərilirkən, xalqımızın övladları Türklüyün qürur və şərəfini ayaqlar altında əzdirməmək üçün torpağa düşdü. 

Kiprli Türklər öz vətən və dövlətlərində azad və müstəqil yaşayırsa, bunu əziz şəhidlərə borcludurlar. Əziz şəhidlərimizin bizə əmanəti olan vətəni, dövləti, azadlıq və müstəqilliyi, dünən olduğu kimi, sonsuzadək əsla əzdirməyəcəyik. Ana vətən Türkiyə hər zaman olduğu kimi, yanımızdadır"- deyə, mesajda deyilir.


Oxunma sayı: 2971

Oxşar yazılar