SENSASİON HESABAT: ABŞ Türkiyədəki nüvə silahlarının bir qismini gizlincə çıxarıb - "Danışıqlar oldu, lakin bir qismini çıxara bildi..."

  • 15:40 - 23 Mart

Amerika Elm Adamları Federasiyası (FAS) ABŞ-ın son illərdə Avropadakı taktiki nüvə silahlarının sayını üçdə bir nisbətində azaltdığını açıqlayıb.

Avropa.info xəbər verir ki, FAS-ın hesabatında nüvə silahlarının böyük qisminin Türkiyədəki  İncirlik bazasında olduğu və ən azı 30 bombanın buradan çıxarıldığı bildirilib.

Hesabatda, bu qərarın 15 İyul dövlət çevrilişi cəhdinin ardından ABŞ və Türkiyə arasında münasibətlərin pisləşməsi və İncirlik bazasına giriş-çıxışın bağlanma ehtimalı səbəbindən verildiyi qeyd olunub.  

"Bombaların böyük qismi, təxminən 50-si İncirlikdə idi. Lakin, ən azı 30-u buradan aparıldı. Bu qərar 15 İyul dövlət çevrilişi cəhdinin ardından ABŞ və Türkiyə arasında münasibətlərin pisləşməsi və İncirlik bazasına giriş-çıxışın bağlanma ehtimalı səbəbindən verildi. Çevriliş cəhdindən sonra ABŞ nüvə silahlarının təxliyyəsi üçün danışıqlara başladı, lakin bir qismini apara bildi. Bu cür şeylər hər zaman səssiz-səmirsiz edilir", deyə FAS-ın hesabatında bildirilib.
 

ABŞ hökuməti Avropadakı taktiki nüvə silahlarının sayında dəyişiklik edilib-edilmədiyinə dair rəsmi açıqlama verməyib.  

Avropa.info


Oxunma sayı: 3741

Oxşar yazılar