ABŞ-da gecə klubunda atəş açılıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

  • 21:00 - 20 Mart

Naməlum şəxs ABŞ-ın Dallas şəhərində gecə klubunda atəş açıb.

 “Associated Press” Texas ştat polisinə istinadən 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı barədə məlumat yayıb.

İlkin məlumata əsasən, kluba gələn ziyarətçilər arasında dava-dalaş baş verən zaman atəş açılıb. Atəş açan şəxs hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hazırda atəş açan şəxsi axtarır.(apa)


Oxunma sayı: 2872

Oxşar yazılar