Qiymət artımının qarşısını bu yolla almaq olar - Millət vəkili - VİDEO

  • 15:39 - 19 Mart

Marketlərdə və bazarlarda məhsulların qiyməti çox sürətlə artır.

Avropa.info xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, bəzi məhsulların qiymətində ikiqat artım müşahidə edilir:

"Yanacağın və suyun qiymətin edilən dəyişiklikdən sonra məhsulların qiymətində artım olması gözlənilirdi. Amma bu artımlar adekvat olmalıdır. Dizelin qiyməti 30 faiz artıbsa, məhsulun qiymətində birdən-birə 1.5-2 dəfə artım tətbiq etmək olmaz. Təəssüf olsun ki, marketlərdə və bazarlarda qiymət artımı çox sürətlə gedir. Bəziləri qarşıdan Novruz bayramın gəlməsindən istifadə edərək qiyməti daha da artırırlar. Bu səbəbdən süni qiymət artımı ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ciddi yoxlamalar aparıb, cərimələr tətbiq edir. Görünür ki, bəzi sahibkarlar bunu anlamaq istəmirlər".

Millət vəkili onu da qeyd edib ki, belə halların qarşısının almağın yolu Rəqabət Məcəlləsinin qəbul edilməsidir:

"Əli Məsimli də daxil olmaqla bir çox həmkarımla birlikdə 10 ilə yaxındır ki, bu qərarın qəbul edilməsini tələb edirik. Rəqabət Məcəlləsi bazarda azad rəqabət üçün şərait yaradır, inhisarçılığın və monopoliyanın qarşısını alır. Bundan başqa hökumətdən xahiş edirəm ki, qiymət siyasəti ilə bağlı müəyyən tədbirlər planı işlənib, hazırlansın".


Oxunma sayı: 4346

Oxşar yazılar