Bakıda mikroavtobus sürücüsü boğazından bıçaqlandı

  • 10:28 - 17 Mart

Bakının Sabunçu rayonunda sərnişin sürücünü bıçaqlayıb.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə Maştağa-Zabrat şosesində baş verib.

1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu idarə etdiyi "Mercedes" markalı kiçiktutumlu sərnişin avtobusu ilə hərəkətdə olan zaman onun boğaz və qarın nahiyəsinə naməlum şəxs bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Oxunma sayı: 3895

Oxşar yazılar