"Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır, bu dözülməzdir" - Deputat Vahid Əhmədovdan hökumətə ÇAĞIRIŞ

  • 16:08 - 16 Mart

"Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır. Bu, dözülməzdir."

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat bildirib ki, Azərbaycan hökuməti bahalaşmanın qarşısını almaq üçün tədbir görməlidir.
 

"Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir. Nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var. Biz uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini qaldırırıq. Hökumətdən xahiş edirəm ki, bu Məcəllənin qəbulunu tezləşdirsinlər”.


Oxunma sayı: 8152

Oxşar yazılar