Türkmənistan parlamenti “Dostluq” yatağına dair Azərbaycanla anlaşmanı ratifikasiya edib

  • 13:08 - 14 Mart

Türkmənistan Məclisi “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib.

APA-nın xəbərinə görə, bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Anlamşa Memorandumu yanvarın 21-d Azərbaycan və Türkmənistan prezidentlərinin videokonfrans formatında qatıldığı tədbirdə bu ölkələrin xarici işlər nazirləri tərəfindən imzalanıb. Sənədə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.


Oxunma sayı: 3851

Oxşar yazılar