Azərbaycanda əmioğlanları arasında DAVA DÜŞDÜ - Ölən və yaralanan var

  • 22:18 - 10 Mart

Astarada qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şəmətük kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Amil Ağayevlə 1991-ci il təvəllüdlü Musa Ağayev arasında yaranmış mübahisə hər ikisinin bıçaqlanması ilə bitib. M.Ağayev aldığı xəsarətdən hadisə yerində keçinib. A.Ağayev isə ayaq nahiyəsindən bıçaq xəsarəti alıb. Onların əmioğlu olduğu bildirilir.

Faktla bağlı istintaq araşdırmaları aparılır.


Oxunma sayı: 8944

Oxşar yazılar