Koronavirus Azərbaycanda ən çox hansı bölgələrdə yayılıb - SİYAHI

  • 10:45 - 10 Mart

Azərbaycanda COVID-19 infeksiyasına yoluxma halları üzrə statistika açıqlanıb.

Avropa.info xəbər verir ki, yoluxma hallarının 52,5 faizi (bundan əvvəl 52,3 faiz) Bakının payına düşür.

Yoluxma sayının yüksək olduğu ikinci bölgə Arandır. Belə ki, orada yoluxma 13.1%-dir. Abşeronda 12.9%, Gəncə-Qazaxda 8.1%, Şəki-Zaqatalada 3.3%, Quba-Xaçmazda 3%, Lənkəranda 2.8%, Dağlıq Şirvanda 2.5%, Yuxarı Qarabağda 1.4%, Naxçıvan Muxtar Respublikasında 0.04%, ölkə xarici yoluxma isə 0.4%-dir.


Oxunma sayı: 8086

Oxşar yazılar