DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

  • 15:33 - 09 Mart

Daxili İşlər Nazirliyi (DİN) martın 9-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. 

DİN-in mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 26 cinayətin üstünü “isti izlər”lə açıblar. 

Əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib. 

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb. 

 


Oxunma sayı: 2256

Oxşar yazılar