Suriyada iki avtobus minaya düşdü - 18 nəfər öldü

  • 21:36 - 07 Mart

Suriyanın Xama əyalətində partlayış olub. Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Salamiya şəhərindən şərqdə yerləşən kənddə baş verib.

İki avtobusun minaya düşərək partlaması nəticəsində azı 18 mülki şəxs həlak olub, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə qeydə alınan ərazinin İŞİD üzvləri tərəfindən minalandığı ehtimal edilir.


Oxunma sayı: 7954

Oxşar yazılar