Türkiyə ərazisinə qaçaq yolla keçən PKK/YPG terrorçuları saxlanıldı - Terror aktı törətmək istəyirmişlər

  • 19:06 - 07 Mart

Suriya ərazisindən qaçaq yolla Türkiyə tərəfinə keçən bir qrup şəxs Şanlı Urfanın Akçakale rayonunda saxlanılıb.

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan dəstədə 8 nəfər olub. Axtarış zamanı onlardan birinin çantasında 4 kiloqram partlayıcı maddə aşkarlanıb. Həmin şəxsin PKK/YPG terror təşkilatlarına üzv olduğu və xüsusi terror tapşırığı ilə Türkiyə ərazisinə keçdiyi təsdiqlənib.

Saxlanılan digər yeddi nəfərin şəxsiyyəti araşdırılır.


Oxunma sayı: 11925

Oxşar yazılar