"Həmd olsun, Dağlıq Qarabağın işğaldan azad olunması təşəbbüsünü uğurla sona çatdırdıq..." - Ərdoğan Türkiyənin güclənən hərbi sənayesi haqda

  • 15:29 - 07 Mart

"Dağlıq Qarabağdakı işğala son qoyulması başda olmaqla başlatdığımız hər təşəbbüsü, həmd olsun ki, uğurla sona çatdırdıq".

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi dəniz qüvvələrinin "Mavi Vətən 2021" taktiki təlimləri ilə bağlı keçirilən toplantıda deyib. 

Toplantıya videokonfrans yolu ilə qatılan Ərdoğan çıxışında Qarabağdan da danışıb.

"Ölkəmizin Aralıq dənizinin şərqində yer alan karbohidrogen ehtiyatları üzərindəki hüquqlarımızı nəyin bahasına olursa olsun qoruyacağımızı açıq şəkildə ortaya qoyduq. Beynəlxalq hüquq təməlində atdığımız addımlarla Liviyanın qiyamçılar tərəfindən işğal edilməsinə mane olduq. Ölkəmizi Antalya sahillərinə sıxışdırmağa çalışan hüquqsuz təşəbbüslərin hamısını boşa çıxardıq. Dağlıq Qarabağdakı işğala son qoyulması başda olmaqla başlatdığımız hər təşəbbüsü, şükürlər olsun ki, uğurla sona çatdırdıq", deyə Ərdoğan çıxışında bildirib.

Ərdoğan Türkiyənin son illər hərbi sənayesini inkişaf etdirdiyini, milli döyüş gəmisini istehsal edən 10 ölkədən biri olduğunu, pilotsuz döyüş təyyarələri istehsal edən 3 ölkədən birinə çevrildiyini deyib.

"Bu gün insansız hava təyyarələrində dünyanın ən yaxşı 3-4 ölkəsindən biriyik. Müdafiə ixracatımız 248 milyondan 3 milyard dollar səviyyəsinə gəldi. Hərbi gəmi inşaatı sektorunda artıq dünya çapında tanınırıq. 4 il öncə dünyanın ilk 100 müdafiə sənayesi şirkəti içində iki firmamız varkən, hazırda həmin siyahıda 7 firmamız var. Unutmayaq dənizlərə hakim olan cahana hakim olur", deyə Türkiyə ptrezidenti qeyd edib. 

Avropa.info


Oxunma sayı: 5215

Oxşar yazılar