Papa Francis işğalının 20-ci ildönümündə minlərlə əsgər, zirehli maşınlar və snayperlərlə İraqda : "Xaç üçün İraqa gəldim" (FOTO)

  • 14:18 - 07 Mart

ABŞ və dəstəkçilərinin 20 il öncə işğal edərək qan gölünə çevirdiyi İraqa gələn katoliklərin lideri Papa Francis üçün ölkədə xüsusi vəziyyət elan edilib. 

Avropa.info xəbər verir ki, Vatikandan gətirilən zirehli maşınlarla səyahət edən Papa üçün minlərcə əsgər, snayperçi və təhlükəsizlik xidməti əməkdaşı iş başındadır.

İraqa "qardaşlıq və barış" üçün gəldiyini bildirən Francis, Bağdadda ölkə Prezidenti, Baş Nazir, siyasi liderlər, QHT təmsilçiləri və diplomatlarla görüşüb. Görüşlər zamanı Papanın ətrafında "ətdən divar çəkilməsi" diqqət çəkib. Sadəcə Vatikanın icazə verdiyi jurnalistlərin çəkiliş apara bildiyi görüşlər zamanı, Papanın mesajları da diqqət çəkib.  


"Xaç üçün İraqa gəldim" deyən Papa, İraqın daxili müharibə və terrordan əziyyət çəkdiyini deyib. Lakin, İraqın 20 il öncə işğal olunması və bu işğal zamanı Qərb ölkələrin tərəfindən minlərlə mülki vətəndaşın öldürülməsi haqda bir kəlmə də danışmayıb. 

Papa Francisin ziyarətindən öncə Vatikandan gətirilən lüks zirehli avtomobilə minən katoliklərin lideri üçün minlərlə əsgər, snayperçi və təhlükəsizlik əməkdaşı iş başında olub. Papanın içində olduğu avtomobilin ətrafındakı qoruma çəmbəri də diqqət çəkib. Onlarla zirehli polis avtomobili ilə yanaşı, motosikletli təhlükəsizlik əməkdaşları "ətdən divar hörüblər".

Papa Francis, Irak'ın üst düzey din adamı Ali Sistani ile 'tarihi'  toplantıda buluştu - limkhub

Nəcəfdə şiələrin ən tanınmış dini lideri Əli əs-Sistani ilə görüşən Papa, daha sonra Ur şəhərində bir kilsə ayininə qatılıb. 

Avropa.info


Oxunma sayı: 4918

Oxşar yazılar