DİN: İmişlidə quş əti və digər quşçuluq məhsullarının satışı ilə bağlı məhdudiyyət tətbiq olunmur (Yenilənib)

  • 22:22 - 07 Mart

 

DİN Mətbuat Xidmətindən Avropa.info-ya bildirilib ki, quş qripi ilə əlaqədar rayonda quş əti və digər quşçuluq məhsullarının satışı ilə bağlı məhdudiyyət tətbiq olunmur. Yalnız mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsulların nəzərdə tutulmayan yerlərdə satışına icazə verilmir: “Tövsiyə edirik ki, quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan şəxslər quş qripi xəstəliyi ilə əlaqədar diqqətli və məsuliyyətli olsunlar, mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər”.

 

***

İmişlidə bazar və bazar ətrafı yerlərdə ev quşlarının satışı qadağan edilib.

Bu barədə Avropa.info-ya rayon sakinləri məlumat verib.

"Son bir həftədir polis əməkdaşları toyuq, hindquşu, qaz və ördəklərdə xəstəlik olduğu üçün yumurta da daxil olmaqla alış-satışını qadağan edib. Əvvəl cücə inkubatorlqrını da bağladılar. Sonradan sahə müvəkkilinin sirli gəlişi ilə inkubatorlar açıldı, yumurta satışına icazə verildi. Ancaq ki, biz kasıbların çörək yeri olan toyuq cücələrin satışı qadağası qaldı. Sahə müvəkkili baytardır, həkimdir yoxsa polis əməkdaşıdır? İmişlidən başqa rayonlarda belə bir şey yoxdur. Daxili İşlər Nazirliyinin adından istifadə edib bizlərə zülm verilir. Hətta bazar yaxınlığnda durduqda bazarın sahə müvəkkili gəlib bizi qovur.  Xahiş edirik ölkə rəhbərliyindən bu pandemiya dövründə biz İmişli sakinlərinə qarşı özbaşınalığ yığışdırılsın", deyə sakinlər qeyd edib. 


Oxunma sayı: 8163

Oxşar yazılar