Xızıda avtomobil qarlı yolda qalıb, xilasedicilərə müraciət olunub

  • 11:27 - 07 Mart

Xızı rayonunun Qızılqazma kəndində “VAZ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə kömək üçün müraciət daxil olub.

Avropa.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.


Oxunma sayı: 1783

Oxşar yazılar