Tramp respublikaçılara onun adından istifadə etməyi qadağan etdi

  • 12:38 - 07 Mart

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının böyük təşkilatlarına onun adından istifadə edərək vəsait toplamağı qadağan edib.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri keçmiş Amerika liderinin müşavirinə istinadən yazıb.

Nəşrə görə, Trampın vəkilləri artıq müvafiq məktubları Respublikaçılar Partiyasının Milli komitəsinə, həmçinin partiyanın nümayəndələr palatasına və senata seçkilər üzrə komitəsinə göndərib.

Müşavir Trampın hələ də Respublikaçıların tərəfdarı olduğunu açıqlayıb.

 


Oxunma sayı: 3158

Oxşar yazılar